Əfqanıstanın cənubundakı Gilmend əyalətində ölkənin Hərbi Hava Qüvvələrinə məxsus iki helikopter toqquşub.
Bu barədə “Tolo news” mənbəyə istinadən xəbər verib.
Məlumata görə, hadisə zamanı azı 15 nəfər həlak olub.
Qeyd edilir ki, hər iki helikopter təhlükəsizlik xidmətlərinin əməkdaşlarını daşıyırmış.