30 Yanvar 2020
Mətni dəyiş
ABŞ prezidenti Donald Tramp bu gün Ağ Evdə çıxışı zamanı Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı sülh planını açıqlayıb. O planını İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra açıqlayıb və deyib ki, 80 səhifəlik planı fələstinlilər üçün sonuncu fürsətdir.
O Yerusəlimin İsrailin "bölünməz" paytaxtı kimi qalacağını, ancaq şəhərin şərq tərəfində Fələstinin özünə paytaxt yarada biləcəyini bildirib.
Trapmın planına görə həmçinin Fələstin öz ərazisini iki dəfədən çox artıra da biləcək. Ancaq o Fələstinin hansı torpaqların hesabına böyüyəcəyini deməyib.
Tramp həmçinin sülh razılaşması baş tutarsa Fələstin dövlətinin qurulmasına 50 milyard dollara qədər yardım ediləcəyini də bildirib.