Rusiya koronavirusa görə Çinlə sərhəddini bağlamağa qərar verib

Rusiya koronavirusa görə Çinlə sərhəddini bağlamağa qərar verib
30 Yanvar 2020
Mətni dəyiş
Yanvarın 30-da Rusiya baş naziri Mixail Mişustin Rusiyanın Çinlə sərhəd bölgəsi olan Uzaq Şərq regionu ilə sərhədlərini bağlamaqla bağlı qərar imzalayıb. O öz qərarı ilə bağlı hökümətin iclasında elan edib və deyib ki, bu Çində yayılan koronavirusun Rusiyada yayılmasına qarşı gördüyümüz tədbirlərdən biridir. Mişustinin dediyinə görə, hələlik Rusiyada koronavirusa heç bir yoluxma halı qeydə alınmayıb. Baş nazir bu günlərdə kornonavirusun nəzarətdə saxlanılması ilə bağlı baş nazirin müavini Tatyana Qolikovun rəhbərliyi ilə mərkəz yaradıb. Hökümət iclasında Rusiya və Çin arasında hava xəttləri vasitəsilə Çində qalan rus vətəndaşlarının evakuasiyası məsələsi də müzakirə olunub.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun