MSK sədri Məzahir Pənahov parlament seçkilərində deputatlığa namizədlərə sosial şəbəkələrdə vaxtından əvvəl təşviqat aparmamaq xahişilə müraciət edib.
O xatırladıb ki, qanunvericiliyə görə, seçkiqabağı təşviqat yanvarın 17-dən başlayır.
“Ondan əvvəl təşviqat aparmaq Seçki Məcəlləsinə ziddir”, - M.Pənahov MSK-nın bugünkü iclasında bildirib.
Yanvarın 9-na olan məlumata görə, 689 namizəd qeydiyyata alınıb. Bunlardan 227 nəfəri 20 siyasi partiyanı təmsil edir.