İran Ukrayna sərnişin təyyarəsini iki roketlə vurduğunu etiraf edib

İran Ukrayna sərnişin təyyarəsini iki roketlə vurduğunu etiraf edib
21 Yanvar 2020
Mətni dəyiş
İranın Mülki Aviasiya Təşkilatı yanvarın 8-də vurulmuş, "Ukrayna Beynəlxalq Hava yollarına" məxsus təyyarənin İranın Hava Hücumundan Müdafiə Korpusu tərəfindən açılmış iki raket atəşi ilə vurulduğunu bəyan edib. Bu haqda yanvarın 20-də "Bloomberg" xəbər agentliyi məlumat verib. Mülki Aviyasiya Təşkilatı həmçinin Ukrayna boinqinin "Top-M1" markalı, rus istehsalı roketlə vurduğunu da bəyan edib. Bu roketlər 1991-ci ildə rus ordusunun arsenalındadır və İran Rusiyadan ən azı 29 belə roket qurğusu alıb. Bundan başqa İran tərəfi vurulmuş boinqin qara qutusunu oxumaq üçün onlarda heç bir texnologiyanın olmadığını da bildirib. Fransa və ABŞ isə İrana qara qutunu oxumaq üçün texnologiya verməkdən imtina edib. Xatırladaq ki, yanvarın 8-də Tehran hava limanından qalxan Tehran-Kiyev sərnişin təyyarəsi havaya qalxdıqdan az sonra 9 ekipaj üzvü və 167 sərnişini ilə birlikdə roketlə vurularaq partladılıb. İranın İnqilab Keşikçiləri Korpusu laynerin vurulmasının məsuliyyətini öz üzərlərinə götürüblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun