21 Yanvar 2020
Mətni dəyiş
Ermənistan Parlamenti orduda nizamnamədən kənar hərəkətlərə görə cinayət məcəlləsinə edilən dəyişiklikləri ikinci oxunuşda qəbul edib.
Qanunda edilən yeni dəyişikliklər ordudakı intihar hallarını azaltmağa və özünü öldürmə həddinə çatdırma hallarına görə isə cəzaları sərtləşdirməyi hədəfləyib. Yeni düzəşişlərə görə bilmədən ya da ehtiyatsızlıqdan hərbi qulluqçunu özünü öldürmə halına çatdırmaq yaxud ona qarşı amansız, alçaldıcı münasibət göstərmək faktına qarşı sərt cəzalar tətbiq ediləcək. İndi Ermənistanda bu maddə ilə üç ilə qədər həbs nəzərdə tutulub. Qanun qəbul olunduqdan sonra isə orduda ehtiyatsızlıqdan hərbi qulluqçuları özünü öldürmə halına çatırmaya görə maksimum cəza səkkiz ilə, xüsusi hallarda isə doqquz ilə qədər artırılacaq.
Eyni cinayət qəsdən törədildikdə isə cinayətkara 6-12 il həbs cəzası, xüsusi hallarda isə 7-13 ilə qədər həbs veriləcək.
Xatırladaq ki, Ermənistanda hərbi qulluqçuların orduda intiharı və öldürülməsinə görə əsgər anaları mütəmadi hökümət evi qarşısında mitinqlər keçirirlər.