25 Yanvar 2020
Mətni dəyiş
Çin höküməti ölkədə yayılan və sətəlcəm xəstəliyinə səbəb olan "2019-nCoV" koronavirusuna qarşı ölkəboyu qatarlarda, təyyarələrdə və avtobuslarda təhlükəsizlik tədbirləri görməyə başlayıb. Çinin şəhərlərdə ictimai nəqliyyatlarda xəstəliyin yerindəcə aşkarlanması üçün məntəqələr yaradılıb. Xəstələndiyinə şübhə olan insanlar dərhal tibbi məntəqələrinə aparılıb.
Virusun yayılmağa başladığı Hubey əyalətində daha beş şəhər dünyadan təcrid edilib. Yerli hakimiyyət orqanlarının məlumatına görə bu şəhərlərdə ictimai nəqliyyat dayandırılıb, avtomagistrallarda maşın axını kəsilib. Hal-hazırda Çində artıq 18 şəhər karantin altına alınıb, bu şəhərlərin ümumilikdə 56 milyon əhalisi var.
Çin hökümətinin rəsmi məlumatına görə koronavirus "2019-nCoV" ilk dəfə Hubey əyalətindəki Uxan meqapolisində ortaya çıxaraq ordan yayılmağa başlayıb. Bu meqapolisin 11 milyon əhalisi var. Rəsmi məlumatlara görə indiyə kimi ölkədə 1300 xəstələnmə halı qeydə alınıb.
Xəstəlik Çindən başqa Taylandda, Yaponiyada, Cənubi Koreyada, Vyetnamda və ABŞ-da da qeydə alını. Avropada isə xəstəlik təkcə Fransada görülüb.