28 Yanvar 2020
Mətni dəyiş
Bu il 6 ASAN xidmət və 1 “ASAN Kommunal” mərkəzinin açılması gözlənilir.
Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bunlar Tovuz, Balakən, Kürdəmir, Ağcəbədi rayonlarında və Bakıda 2 “ASAN xidmət” mərkəzi ilə yanaşı, 1 “ASAN Kommunal” mərkəzinin açılması gözlənilir: “Eyni zamanda yeni Innoland mərkəzlərinin açılması, Silikon vadisində Azərbaycan İnnovasiya Evinin, Beynəlxalq Startapfest tədbirinin keçirilməsi nəzərdə tutulur”.
Sədr bildirib ki, həmçinin Qubada ABAD qablaşdırma fabriki açılacaq: “Bu günə qədər startaplara 830 min manat investisiya cəlb edilib”.