31 Yanvar 2020
Mətni dəyiş
Avropa Birliyində alternativ enerji qaynaqlarından əladə edilən enerjinin ümumi istifadə səviyyəsi 2018-ci ildə, bir il əvvələ görə -0,5 faiz daha artaraq 18 faizə yüksəlib. Türkiyədə isə 2018-ci ildə istehlak olunan enerjinin 13,7 faizi alternativ enerji mənbələrinə aiddir.
Avropa Birliyinin statistika təşkilatı olan Eurostatın məlumatına görə AB üzvü olan 12 ölkə 2020-ci ildə gözlədikləri hədəfə çatıblar. Avropa ölkələri arasında bərpa olunan alternativ enerjidən ən çox istifadə edən ölkə İsveçdir. Onun arxasıyca 41,2 faizlə Finlandiya və 40,3 faizlə Latviya gəlir.
Alternativ enerjini ən az istifadə edən ölkələr isə Hollandiya (7,4 faiz), Malta (8 faiz), Lüksemburq (9,1 faiz) və Belkiçadır (9,4 faiz).
Qlobal istiləşməyə qarşı daha çox tədbirlər görməyə çağıran "Yaşıl Gündəlik" adlı tədbirlər toplusunu öz siyasətinə çevirən Avropa Birliyi, 2020-ci ilə qədər istifadə etdiyi enerjinin 20 faizinin alternativ enerji olmasını hədəfə alıb. 2030-cu ilə qədər isə AB istifadə etdiyi enerjinin 32 faizinin alternativ enerji olmasına, 2050-ci ildə isə üzvi yanacaqlardan tamam qurtulmağı hədəfləyir.