20 Yanvar 2020
Mətni dəyiş
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti növbədənkənar parlament seçkiləri ərəfəsində siyasi atmosferi öyrənmək və qiymətləndirmək üçün yanvarın 22-23-də Azərbaycanda olacaq.
Avropa Şurası saytındakı məlumatda deyilir ki, missiya Milli Məclisin spikeri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri, parlamentdə təmsil olunan və digər partiyaların rəhbərləri, həmçinin MSK sədri və üzvləri ilə görüşəcək.
Həmçinin media və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər planlaşdırılıb. Səfərin yekunlarına əsasən nümayəndə heyəti adından bəyanat yayılacağı gözlənilir.
Fevralın 9-da keçiriləcək seçkilərə AŞPA müşahidə missiyası gələcək