26 Sentyabr 2019
Mətni dəyiş
Bu gün yazıçı Zümrüd Yağmur (Zümrüd Abıyeva) həyat yoldaşı AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlıyla boşanmaq üçün Abşeron Rayon Məhkəməsinə boşanma ərizəsi ilə müraciət edib. Cütlüyün boşanma məhkəməsii bu gün hakim Elman Məmmədovun sədriliyi ilə saat 10:20-də keçiriləcəkdi.
Məhkəmə iclasında nikahın ləğv olunması ilə bağlı iddia ərizəsi araşdırılacaqdı. Ancaq Zümrüd Yağmuru məhkəmədə vəkili təmsil etsə də Fuad Qəhrəmanlı və vəkili isə məhkəməyə gəlməyib, bu üzdən məhkəmə təxirə salınıb.
Növbəti məhkəmə iclasının nə zaman keçiriləcəyi hələ məlum deyil.
Qeyd edək ki, sentyabrın 19-da F.Qəhrəmanlının qızı Selcan Yağmur atasından imtina etməsi ilə bağlı məlumat yayıb. O, imtinaya səbəb kimi özünün, bacısının və anası Zümrüd Yağmurun F.Qəhrəmanlı tərəfindən dəfələrlə təzyiq və şiddətlərə məruz qalmasını göstərib. Məlum olub ki, bu təzyiqlərə görə, Zümrüd Yağmur boşanma ərizəsi ilə məhkəməyə müraciət edib.
F.Qəhrəmanlı sentyabrın 20-də AXCP sədrinin müavini vəzifəsindən istefa verib.