12 Sentyabr 2019
Mətni dəyiş
ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə katibi Con Boltonu işdən uzaqlaşdırmağının səbəbini twitter hesabında açıqlayıb. O yazıb ki, Con Bolton Koreya, Venesuela va İraqla bağlı qərarlarında "çox böyük səhvələrə yol verib".
Tramp həmçinin Boltonla tez-tez müxtalif mövzularda fikir ayrılıqlarının yarandığını da dilə gətirib. Buna misal kimi prezident Boltonun Şimali Koreyada "Liviya modelini" tətbiq etmək istəyini göstərib.
"Bolton "Liviya modelindən" danışanda artıq bizim bir-birimizdən uzaq olduğumuzu anlamışdım. Və Bolton elə o model haqda xatırladanda böyük səhvə yol verdi" - deyə Tramp bəyan edib.
Həmçinin, prezident keçmiş köməkçisinin İraqla bağlı münasibətdə ABŞ milli təhlükəsizliyini nəzərə almamasını da tənqid edib.
Tramp deyib ki, indi Boltonun yerinə beş nəfərin namizədliyinə baxır. Trampınnsözlərinə görə onların hamısıs yüksək ixtisaslı peşəkarlardır və bu vəzifəni çox istəyirlər.
"Gələn həftə bu vəzifəyə kimi təyin edəcəyimi elan edəcəm" - deyə prezident Tramp bildirib.
Qeyd edək ki, Boltonun işdən uzaqlaşmasından bir gün əvvəl "The Washington Post" qəzeti Trampın Venesueladakı böhrana görə öz adminsitrasiyasından narazı olduğunu yazmışdı.