Sentyabrın 13-də səhər Tovuzda biznesmen Əli Şamiyev rayon məhkəməsinin keçmiş sədri Firudin Ələkbərova tapança ilə atəş açıb.
Məlumata görə, qətlə onlar arasındakı münaqişə səbəb olub. Belə ki, F.Ələkbərov icazə verilməyən yerlərdə restoran və digər obyektlər açmış biznesmendən şikayət edib.
Yerli mənbələrdən Turan-a məlum olub ki, Ə.Şamiyev Zəyəm çayının sahilində çimərlik qurub və restoran açıb. Həmin çaydan Tovuz sakinlərinə içməli su gəlirmiş.
Baş Prokurorluq xəbər yayıb ki, rəsmi informasiya günün ikinci yarısında dərc ediləcək.