Sentyabrın 16-dan başlayaraq Tacikistan və Qırğızıstan sərhəddində toqquşma baş verib.
Bu barədə 'Fargananews' xəbər portalı məlumat yayıb.
Məlumata görə, toqquşmalar zamanı hər iki tərəfdən də yüngül silahlar istifadə olunub. Belə toqquşmalar iki ölkə sərhəddində ilk hal deyil.
Bəs bu hadisənin səbəbi nədir?
Portalda dərc olunan məqalədə deyilir ki, hadisə Qırgızıstanın Batıkent rayonun ilə Tacikistanın Soqdiya rayonu arasında "Maksat" gömrük keçid məntəqəsində baş verib.
Hadisə ilə bağlı hər iki tərəf bir-birini günahlandırıb və atəşin ilk olaraq qarşı tərəfdən açıldığını deyib.
Qırğızıstan və Tacikistan sərhəddin razılaşdırılmamış hissələrində tikinti tikməməmklə bağlı ikitərəfli razılaşma imzalasalar da tez-tez sərhəddə belə tikintilərə görə mübahisələr yaranır.
Kiçik mübahisələr isə zamanla dövlətlərin bir-birlərinə notalar verməsinə səviyyəsinə qədər gərginləşir.