26 Sentyabr 2019
Mətni dəyiş
Rusiya Dövlət Duması rusların "green-card" (ABŞ-da yaşamaq icazəsi verən lotereya) loteretasında iştirakına qadağa qoymaq istəyir. Dövlət duması bu addımı rus diplomatların Nyu-Yorkda BMT-nin Baş Assambleyasında iştrakı üçün ABŞ höküməti tərəfindən viza verilməməsinə cavab kimi atmağı düşünür. Bu haqda "İzvestiya" qəzeti məlumat yayıb.
Dövlət Dumasının Beynəlxalq Məsələlər üzrə komitəsinin rəhbərinin müavini Aleksey Çepa mətbuata açıqlamasında deyib ki: "Bu görünməmiş haldır. Bizim nümayəndələrimiz ABŞ-da BMT-nin qərarhagında bir tədbrdə iştirak etmək istəyirdi. Ancaq onlar icazə vermədilər. Bizim cavabımız çox ciddi olacaq. Biz ABŞ-ın demokratiya "oyunu" olan "green-card"la bağlı bütün tədbirlərə qadağa qoymaq istəyirik. "
Siyasətçinin sözlərinə görə, bundan sonra Rusiya Federasiyasi sakinləri üçün "green-card" lotereyasının saytına giriş məhdudlaşdırıla bilər. Bundan əlavə Rusiya höküməti green-card alma işini sənədləşdirməyə yardımçı olan agentliklərin işini məhdudlaşdırmağı da düşünür.