Paşinyan Milli Təhlükəsizlik Nazirini işdən çıxarıb

Paşinyan Milli Təhlükəsizlik Nazirini işdən çıxarıb
16 Sentyabr 2019
Mətni dəyiş
Ermənistanın baş naziri Nikol Paşinyan Artur Vanesyanın Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən çıxarılması üçün vəsatəti imzalayıb. Müvafiq əmr bir-iki günün içində olacaq. Bu barədə baş nazir bazar ertəsi Vanadzorda mətbuat konfransında bildirib. "Biz Vanesyanın gələcək fəaliyyətinə dair bir neçə ssenarini müzakirə etdik. Hazırda o, Ermənistanın futbol üzrə yığmasının Avropa birinciliyinin finalına çıxarılması məsələsinə yönəlməlidir", - Sputnik Armenia Paşinyandan sitat gətirib. Vanesyanın işindən razı olub-olmaması barədə sualın cavabında Paşinyan deyib: "MTX rəhbərinin işi açıq müzakirə olunacaq iş deyil". Artur Vanesyan Paşinyanın ən yaxın adamlarından biridir. 2018-ci il mayın 10-dan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə rəhbərlik edib. O, bir neçə il MTX strukturlarında çalışıb. Bundan əlavə, Paşinyan onun yerinə kimi təyin etmək niyyətində olduğunu açıqlamayıb. Bu, Paşinyanın idarəçiliyi dövründə ən hay-küylü istefadır ki, bu da sözsüz ki, hökumət üçün mənfi nəticələrə səbəb olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun