Moskvada müxalifət ilk dəfə Navalninin "Ağıllı səsvermə" metodunun köməyilə qalib gəlib

Moskvada müxalifət ilk dəfə Navalninin "Ağıllı səsvermə" metodunun köməyilə qalib gəlib
10 Sentyabr 2019
Mətni dəyiş
"Hətta bir rəqibə qalib gəlmək belə bizimçün qələbədir. Ancaq qalib gəldiklərimiz bir nəfərdən çoxdur" - deyə Rusiya müxalifətinin lideri Aleksey Navalni 8 sentyabrda Moksva Şəhər Dumasına keçirilən seçkilərdə müxalifətin qələbəsi haqda öz twitter hesabında yazıb.  Son məlumatlara görə səslərin yüz faiz sayılmasından sonra Moskva Şəhər Dumasına seçilənlərin 22 nəfəri yəni yarısına qədəri müxalifətin irəli sürdüyü namizədlər olub. Bu Rusiyanın yaxın dövründə keçirilmiş seçkilərdə görünməmiş hadisədir. Aleksey Navalninin seçkidən əvvəli bir neçə ay ərzində apardığı səs-küylü təbliğat öz nəticəsini verib. Moskvanın 45 bölgəsindən 22-də müxalifətin namizədləri "Ağıllı səsvermə" metodunun köməyilə qalib gəliblər. "Ağıllı səs vermə" isə seçkidən öncə Navalni tərəfdarlarının sosial şəbəkədəki messencerlər üçün yaratdığı bot-proqramlardır. Belə ki, iqtidar partiyası müxalif namizədlərin qalib gəlməməsi üçün hər dairədə bir müxalif nümayəndəyə qarşı bir neçə namizədi irəli sürür, nəticədə müxalif namizədə veriləcək səslər digər namizədlərin köməyilə parçalanıb bölünür. Navalni tərəfdarlarının yaratdığı çat-botları isə sosial şəbəkə messencerləri köməyilə seçicilərə öz dairələrində ən güclü müxalif namizədlərin kimlər olduğunu və ona səs vermək gərəkdiyini çatdırır. Seçkidən sonra müxalifət lideri Navalni "Ağıllı səsvermə" metodu vasitəsilə seçkilərdə qalib gəldiklədini elan edib. O twitterdəki hesabında yazıb ki, "İqtidar partiyası olan "Vahid Rusiya" Moksva Şəhər Dumasındakı 45 yerdən 24-ünü itirib. İndi isə onlar daha üç mandatı oğurlamağa çalışırlar". https://twitter.com/navalny/status/1170864556605919232?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed&ref_url=https%3A%2F%2Fwww.dw.com%2Fru%2F%25D0%25B2-%25D1%2580%25D0%25BE%25D1%2581%25D1%2581%25D0%25B8%25D0%25B8-%25D0%25BF%25D0%25BE%25D0%25B4%25D0%25B2%25D0%25BE%25D0%25B4%25D1%258F%25D1%2582-%25D0%25B8%25D1%2582%25D0%25BE%25D0%25B3%25D0%25B8-%25D0%25B5%25D0%25B4%25D0%25B8%25D0%25BD%25D0%25BE%25D0%25B3%25D0%25BE-%25D0%25B4%25D0%25BD%25D1%258F-%25D0%25B3%25D0%25BE%25D0%25BB%25D0%25BE%25D1%2581%25D0%25BE%25D0%25B2%25D0%25B0%25D0%25BD%25D0%25B8%25D1%258F%2Fa-50354977 Qeyd edək ki, Rusiyanın iqtidar partiyasının Moskvadakı ən böyük məğlubiyyəti 15 saylı məntədəqə olub, belə ki, orda "Vahid Rusiya" partiyasının Moskva şöbəsinin sədri Andrey Metelski müxalifətin namizədinə məğlub olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun