Azərbaycanda avonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə dövlət rusumu artırılır.
Bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik təklif edilir.
“Dövlət rüsumu haqqında” qanunun 18.65.1-ci maddəsində (Nəqliyyat vasitələrinin illik texniki baxışdan qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə) nəzərdə tutulan dövlət rüsumu artırılır.
Dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə dövlət rusumu 20 manatdan 30 manata qaldırılır.Qanunun 18.65.2-ci maddəsinə də dəyişiklik təklif edilir.
Belə ki, nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün dövlət rüsumu 20 manatdan 30 manata qaldırılır.
Sənəd Milli Məclisin sentyabrın 30-da keçiriləcək ilk plenar iclasında müzakirə olunacaq.