30 Sentyabr 2019
Mətni dəyiş
Mərakeşdə nigahdan kənar cinsi münasibət və "qanunazidd" aborta görə cəza nəzərdə tutan qanunun 490-cı maddəsinə etiraz olaraq izdihamlı mitinq keçirilib. Mitinq zamanı 490-cı maddəyə etiraz olaraq 490 qadın etiraz manifesti imzalayıb.
Manifets: "Biz mərakeş vətəndaşları, qanunazidd olduğumu elan edirik" -cümləsi ilə başlayır. Müəlliflər ədalətli olmayan, köhnəlmiş qanunları tapdaladıqlarını yazıblar. Manifestdə Mərakeş cəmiyyətinin dəyişməyə hazır olduğunu bəyan edən izaçılar, siyasi liderlər, qərar vericilər və hüquqşünasları fərdi azadlıqların hər sahəsində addımlar atmağa çağırılır.
Qeyd edək ki, Manifestin yayımlanması nikahdan kənar münasibətlə hamilə qalıb abort etdirmək istəyən mərakeşli jurnalist Həcər Reysuninin məhkəməsi ilə eyni günə düşüb. 28 yaşlı jurnalist sudanlı sevgilisi il bərabər həm də bir həkim və bir neçə tibb bacısı ilə birgə tutulub.
Mərakeşin illər öncə qəbul etdiyi qanun nikahdan kənar sekslə hamilə qalmış qadına abortu qadağan edir. Həmçinin, Mərakeşdə ancaq ananın həyatı təhlükəsi olduğu halda aborta icazə verilir. Ölkədə hər gün qanuna zidd şəkildə 600-800 arası abort edildiyi təxmin edilir.
Təkcə keçən il Mərakeşdə minlərlə insan qanundan kənar cinsi münasibətə görə mühakimə olmuş, 170 nəfər homoseksual münasibətlərə görə, 73 nəfər isə aborta görə hakim qarşısına çıxarılıb.