11 Sentyabr 2019
Mətni dəyiş
İranlı qadın Səhər Xudayari sentyabrın 1-də İslam İnqilab Məhkəməsi qarşısında üstünə benzin tökərək özünü yandırıb. İran mətbuatı Xudayarinin bu gün xəstəxanada həyatını itirdiyini bəyan edib.
Səhər Xudayarinin 29 yaşı olub və həbsə düşmək istmədiyi üçün özünü yandırıb. Onun məhkəməyə çəkilmək səbəbi isə kişi paltarı geyinərək statidona getmək olub, çünki İranda qadınların stadiyonlara gedib futbola baxması qadağandır.
Xudayari özü İstiqlal komandasının pərəstişkarı olub və bu il martın 12-də kişi kimi geyinərək stadiyona girmişdi. O, stadiona girdikdən az sonra həbs edilmiş və girov qarşılığında müvəqqəti azad edilmişdi.
Səhərin saxlanması, intihara cəhdi və ölümü sosial mediada böyük narazılıq yaradıb. Dövlətin qadınları 40 ilə yaxındır stadionlara buraxmaması pislənilir.
Son illər qadınlardan ibarət seçmə qruplar futbol yarışlarına buraxılır.
Sadiq qadın futbol azarkeşlər isə bəzi hallarda bu qadağanı pozaraq kişi paltarında stadiona keçirlər.