İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğu özündən əvvəlki bələdiyyə sədrinin dövlət mülkiyyətini talamasına diqqəti çəkmək üçün İstanbulun Yenikapı limanına bələdiyyənin kirayə etdiyi 800 maşını toplatdırıb.
O, bu maşınların kimə və nə üçün kirayələndiyini bilmədiyini də əlavə edib. Əsasən 'Renault Clio' markasından olan maşınlar arasında 'Mercedes', 'Audi' kimi lüks maşınlar da var.
Digər yandan AKP-dən olan daxili işlər naziri Süleyman Soylu Əkrəm İmamoğlunun ondan əvvəlki bələdiyyə başqanının dövründə bələdiyyə üçün ehtiyac olmadığı halda kirayələnən yüzlərlə avtomobili Yenikapı meydanına yığıb israfçılığın bariz nümunəsi kimi xalqa nümayiş etdirmək təlimatından qəzəblənib.
“Bələdiyyə işi şou deyil. Bu məsələ (israfçılıq) deyilir və araşdırılır. Əgər belə israfçılıq olubsa, əlaqədar nazirliyə deyilməlidir. Amma deyilməyib. Avtomobillər büdcəyə zərər vuracaq şəkildə nümayiş etdirilməkdədir”, - Soylu bildirib. [caption id="attachment_81732" align="aligncenter" width="800"] İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun AKP-bələdiyyəçiliyində yeyintinin miqyasını göstərmək üçün Yenikapı limanına gətirdiyi gərəksiz olduğu halda bələdiyyə tərəfindən kirayə edilmiş maşınlar.[/caption]Bundan əvvəl Süleyman Soylu İmamoğlunu əsasən kürdlərin partiyası olan HDP-dən, martın 31-də keçirilmiş bələdiyyə seçkilərində seçilmiş, lakin daha sonra daxili işlər nazirinin əmri ilə vəzifələrindən uzaqlaşdırılıb yerinə qəyyum təyin edilən iki bələdiyyə başqanına dəstək olaraq onlarla görüşməsinə qəzəblənmişdi. Soylu demişdi ki, bu hərəkətinə görə İmamoğlunu “pərişan edər”.
Əkrəm İmamoğlu isə AKP bələdiyyəçiliyinin rüşvət və dövlət mülkiyyətini talamağa yönləndiyini və bunun hesabını alacağını deyib.
O, bildirib ki, ondan əvvəlki bələdiyyə idarəetməsi ehtiyac olmadığı halda kirayə etdiyi minlərlə maşına hər yüz kilometrə 4-5 litir benzin ayırmalı olduğu halda 100 km-ə düz 63 litr benzin ayırıb və onsuz da istifadə olunmayan maşınların benzin pulu mənimsənib.