Hüquqşünas İntiqam Əliyevin 5 il öncə möhürlənmiş ofisinin açılışına icazə verilib. Bu barədə hüquqşünas özü bildirib.
Onun sözlərinə görə, neçə vaxtdan bəri ofisin qaytarılması üçün Baş Prokurorluğa müraciət edilsədə, indiyə qədər nəticə yox imiş. Sentyabrın 12-də Baş Prokuroluqdan ona zəng edilib və təcili ofisə gəlməsi istənilib .
Azadlıq Radiosunun məlumatına görə, İ.Əliyev bildirib ki, sentyabrın 13-də isə ofis və onun 2014-cü ildə həbs olunarkən müsadirə olunmuş bütün sənədləri qaytarılıb.
“Bizə həmçinin, həm milli məhkəmələrdə, həm də Avropa İnsan haqları Məhkəməsində apardığımız işləri də qaytardılar. Yeri gəlmişkən bu işlərlə bağlı kommunikasiya mərhələsində hökumət daim bəyan edirdi ki, prokurorluqda belə materiallar yoxdur və bütün işlər hələ, 2015-ci ildə vəkilə verilib. Dünən, sentyabrın 13-də mənə, 150-dən çox məhkəmə işinin materillarını qaytardılar. Bununla yanaşı 2015-ci ildə qanunsuz axtarış zamanı müsadirə olunmuş maliyyə sənədləri də qaytarıldı”.
O baş verənlərin bu günlər Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidentinin Bakı səfəri ilə bağlı ola biləcəyini istisna etməyib.
Bununla belə İ.Əliyev vurğulayıb ki, onlara bir sıra məhdudiyyətlər qüvvədədir.Onun deməsinə görə, təşkilatın və özünün şəxsi hesabları həbs altındadır.
İ.Əliyevə deyib ki, Avropa İnsan Hüquqları Məhkəməsində udduğu işlər üçün göstərdiyi hüququ xidmətə görə, qonorarları ala bilmir.
Hüquqşünasın bu dediklərinə, hələlik, Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb.
Xatırlatma
İ.Əliyev 2014-cü oilin avuqstunda həbs edilib. Mənimsəmə, vergidən yayınma kimi ittihamlar ilə 7 il 6 ay müddətinə azadlıqadn məhrum edilib.
O, ittihamları qəbul etməyib.2016-cı il martın 28-də Ali Məhkəmə İ.Əliyev barəsində real cəza müddətini şərti cəza ilə dəyişərək onu həbsdən azad edib.