Gürcüstanın Səhiyyə Nazirliyi ölkə vətəndaşlarının ölkədən xaricdə onkoloji xəstəliklərini güzəştli qiymətə müalicəsi üçün yeni proqramma başlamağa hazırlaşır.
Bu haqda yeni qurulacaq gürcü hökümətində səhiyyə naziri postuna namizəd Yekatrina Tikaradze parlamentdə çıxışında deyib.
Tikaradzenin sözlərinə görə, Səhiyyə Nazirliyi gürcülərin onkoloji xəstəliklər üçün ən çox müraciət etdiyi ölkələrdəki klinikalarla danışıqlar aparmağı planlaşdırır.
Bundan əlavə Tikaradze onkoloji xəstəlikləri ilkin mərhələlərdə ortaya çıxarmaq səhiyyə sisteminin prioritet vəzifələrindən biri olmalıdır.
Nazirliyə namizəd Tikaradzenin sözlərinə görə, ölkə üzrə xəstələrin məlumatlarının toplanıldığı (DataLab) sistemin 2017-ciilin yanvar-noyabr aylarına aid məlumatlarına görə gürcü vətəndaşları xaricdə müalicə olunmağa üç milyon lari, yəni bir milyon dollara qədər pul xərcləyiblər.
Gürcüstan vətəndaşları əsasən ölkədə müalicəsi olmayan onkoloji xəstəliklərə görə xarici klinikalara müraciət edirlər.
Gürcülərin daha çox xərcləri onkohematologiya, nevrologiya, cərahiyyə, reabilitasiya, böyrək və qaraciyər köçürülmələrinə çıxıb.