28 Sentyabr 2019
Mətni dəyiş
2019-cu ilin məlumatlarına görə Gürcüstanda ölüm halları doğumdan daha çox olub. Bu haqda Gürcüstan televiziyası Dövlət Statistika Xidmətinə istinadən xəbər yayıb.
Belə ki, bu ilin altı ayında Gürcüstanda 23 min uşaq doğulub. Ölüm sayı isə 24,5 mindən çox olub.
Bundan əlavə Gürcüstanın regionlarından əhalinin təbii artımı da kəskin aşağı düşüb. Keçən altı ay ərzində Gürcüstanda ən çox doğum halı Tbilisidə, 7,5 min körpə olub. Danışılan dövr ərzində isə Tbilisidə 6,4 min nəfər dünyasını dəyişib.
Əhalinin artım balansının ən çox pozulduğu regionlar isə İmeretiya və Acariya olub. Keçən altı ay ərzində İmeretiyada 2,8 min doğuma qarşı, 4,3 min ölüm qeydə alınıb. Acariyada isə 1,7 min ölüm və 2,6 min doğum olub.