Göygöl rayonunda iki erməni əsilli Rusiya vətəndaşı saxlanılıb

Göygöl rayonunda iki erməni əsilli Rusiya vətəndaşı saxlanılıb
9 Sentyabr 2019
Mətni dəyiş

Azərbaycanın hüquq-mühafizə orqanları Göygöl rayonunda erməni əsilli iki Rusiya vətəndaşının saxlanılması barədə məlumatları hələlik şərh etmir.

Rusiya səfirliyindən Turan agentliyinə bildiriblər ki, bu məlumatı yoxlayırlar. Eyni zamanda, hələlik saxlanılan şəxslərin adları məlum deyil.

Qeyri-rəsmi məlumata görə, ər-arvad Rusiyadan Gəncəyə gəlib, oradan isə əvvəllər ermənilərin yaşadığı Çaykənd kəndinə gedib. Orada onlar "şübhəli" davranışları ilə əlaqədar saxlanılıblar. Saxlanılan şəxslərin adları və yaşları açıqlanmır.

Etimada layiq olan mənbələrdən agentliyə daxil olan məlumata görə, yoxlama və profilaktik söhbətdən sonra saxlanılan şəxslər sərbəst buraxılacaq.

Ermənilərin saxlanılmasına cəbhə xəttinin bilavasitə yaxınlığında xüsusi hərbi dövr rejimi qüvvədə olan yerdə olmaları səbəb olub

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun