Ermənistan Müdafiə Nazirliyinin sözçüsü ordudakı intihar hallarının səbəbindən danışıb

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü ordudakı intihar hallarının səbəbindən danışıb
13 Sentyabr 2019
Mətni dəyiş

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arçrun Ovannisyan bu gün, sentyabrın 13-də keçirdiyi mətbuat konfransında Ermənistan ordusunda yayılmış intihar halları haqda danışıb.

Müdafiə Nazirliyinin sözçüsü əsgərlərin intiharından müqavilə ilə xidmət edən və Ermənistanın Tavuş bölgəsində kəndlərin birindəki hərbi hissədə olan əsgər Armen Nerkararyanın özünü öldürməsindən danışarkən söz açıb.

Ovannisyanın sözlərinə görə intihar etmiş əsgər Nerkararyan 1998-ci ildə doğulub və özünü öldürmə səbəbi haqda hələlik heç nə bəlli deyil.

Mətbuat katibi orduda geniş yayılmış intihar hallarından danışarkən deyib ki: "Bu problemin dərin araşdırlmaya ehtiyacı var, ancaq qısaca desək problem hərbçilərin mənəvi-psixoloji tərbiyəsindən, təhsil səviyyəsindən, bir-biri ilə və rəhbərliklə münasibətlərindən doğur".

Ovannisyan orduda intihar hallarının ordu rəhbərliyi tərəfindən daim nəzarətdə olduğunu və belə faciələrdən ciddi narahatlıq keçirildiyini deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun