Bolqarıstanın Xarici İşlər Nazirliyi Rusiyaya göndərdiyi müraciətində SSRİ-nin faşist Almaniyası ilə mübarizəsini Şərqi Avropanın nasizmdən azad edilməsi kimi qələmə verilməməsini tələb edib.
XİN-in bəyanatına görə, SSRİ Bolqarıstanı və Şəri-Mərkəzi Avropanı azad etməyib, yenidən işğal edib və yarım əsr boyu burda repressiyalar tətbiq edərək, bir yandan da iqtisadiyyatının inkişafını tormozladıb.
Bu haqda Bolqarıstan XİN-in saytında məlumat yayılıb. Bununla belə Bolqarıstan SSRİ-nin həqiqəqtən də nasizmlə mübarizə apardığını və bu mübarizəni danmadıqlarını da bəyan edib.
İşğalın yeni fazası"Bolqar diplomatlar hesab edir ki, "azad etmə" termini bəzi siyasi çevrələrdə yanlış şərh olunur. Əslində isə bu azad etmədən çox işğalın yeni fazası olub. Belə bəyanatlar isə Bolqarıstanın tarixinə və daxili siyasətinə hörmətsizlik kimi qəbul olunur", - deyə Bolqarıstan XİN bildirir.
Bundan öncə üç baltikyanı ölkə və Polşanın XİN-i də bənzər bəyanatlar səsləndirərək SSRİ-nin Mərkəzi və Şərqi Avropada əlli illik işğalıçılıq fəaliyyətinin olduğunu və bunun o bölgəyə böyük zərərlər vurduğunu da bildirib.