2019-cu ilin ilk yarısında Azərbaycandan Rusiyaya səfərlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 22 min və ya 6 faiz artıb.
Məlumata görə, həmin müddət ərzindən Azərbaycandan Rusiyaya 418 min nəfər səfər edib.
Azərbaycan bu göstəriciyə görə 5-ci yerdə qərarlaşıb.
Ümumilikdə, bu ilin ilk 6 ayı ərzində Rusiyaya əcnəbilərin səfərlərinə görə ilk beşlikdə Ukrayna (3,424 milyon nəfər), Qazaxıstan (1,569 milyon nəfər), Çin (780 min nəfər), Finlandiya (430 min nəfər) və Azərbaycan (418 min nəfər) yer alıb.