Almaniyada daha bir mühacir Azərbaycana qayıtmamaq üçün özünə qəsd edib

Almaniyada daha bir mühacir Azərbaycana qayıtmamaq üçün özünə qəsd edib
13 Sentyabr 2019
Mətni dəyiş

Almaniyanın Hermefkeil şəhərində 34 yaşlı azərbaycanlı özünə qəsd edib. Bu barədə məlumatı Almaniyada yaşayan hüquq müdafiəçisi Əlövsət Əliyev yayıb.

Onun sözlərinə görə, 2017-ci ilin yanvar ayında Almaniyaya gedən Emin Bağırov sığınacaq üçün müraciət edib.

11 sentyabr 2019-cu il saat 17 radələrində vətənə qayıtmaq haqqında xəbərdarlıq məktubu ilə sosial qurumun binasına daxil olub, mübahisədən sonra isə üzərinə benzin tökməklə özünü yandırıb.

O, ağır dərəcəli yanıqdan koma vəziyyətinə düşüb və hadisə yerinə gələn helikopterlə xəstəxanaya aparılıb.

İlkin məlumata görə, Bağırov Emin Sumqayıtda anadan olub. Evlidir, iki uşağı var və onlar Sumqayıtda yaşayırlar.

Hələ də komadan ayılmayan Eminin vəziyyəti ağır olaraq qalır. Sabah onu əməliyyat edəcəklər. Faktla bağlı cinayət işi başlanılıb və araşdırma aparılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun