18 Sentyabr 2019
Mətni dəyiş
ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snoudenin öz xatirələrini kitab şəklində çap etdirdiyi üçün ona yeni cinayət işi qaldırıb. Snouden yeni kitabını "Permanent Record" yəni "Şəxsi iş" adıyla çap etdirib.
ABŞ höküməti isə kitabın dövlət sirrləri daşıdığı üçün nəşrdən öncə ya MTA ya da ABŞ Ədliyyə Nazirliyinə təqdim edilməli olduğunu bəyan edib. Beləliklə, "Snouden Milli Təhlükəsizlik Agentliyi və Mərkəzi Kəşfiyyat Agentlikləri qarşısında götürdüyü öhdəliklərə əməl etməyib".
Bundan əlavə 36 yaşlı Snouden tez-tez ictimaiyyət qarşısında çıxış edərək ABŞ kəşfiyyatının fəaliyyəti haqda suallara cavab verib. Bununla o imzaladığı öhtəlik və razılıqları pozub - deyə ABŞ Ədliyyə Nazirliyi bəyan edir.
Qeyd edək ki, Edvard Snouden 2013-cü ildən başlayaraq "The Washington Post" və "The Guardian" qəzetlərinə ABŞ Milli Təhlükəsizlik Agentliyinin dünyada genişmiqyaslı dinləmə və izləmə işləri apardığını bəya etmişdi. Bəyanatlarından az sonra Snoudan Honq-Konqa və ordan da Moskvaya yollanıb. Öz sözlərinə görə o 40 günə qədər Moskvanın Şeremetevo hava limanının transit zonasında qalmalı olub.
Snouden Rusiyada müvəqqəti yaşamaq hüququ alıb və 2020-ci ilə qədər Rusiyada qala bilər.