15 sentyabr Bakının azad edilməsi günüdür

15 sentyabr Bakının azad edilməsi günüdür
15 Sentyabr 2019
Mətni dəyiş

15 sentyabr Bakının "Daşnaksutyun" Partiyasının və "Sentrokaspi diktaturası" hökumətinin eser-menşevik hərbi birliklərindən, ingilis ekspedisiya qruplaşmasından azad edilməsinin 101-ci ildönümü tamam olur.

Bu məqsədlə ötən gün və bu gün ölkənin ictimaiyyət nümayəndələri, Türkiyənin Bakıdakı səfirliyinin nümayəndləri Şəhidlər Xiyabanını ziyarət ediblər.

1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və AXC milli ordusu Bakını düşmən qüvvələrin işğalından azad edib.

Bundan sonra 1918-ci il mayın 28-də elan edilmiş Azərbaycan Xalq Cümhuriyyəti Gəncədən Bakıya köçüb.

Bakının azadlığı uğrunda döyüşlərdə minə yaxın türk əsgər və zabit, beş min Azərbaycan vətəndaşı həlak olub.

Bakıda hakimiyyət AXC hökumətinin əlinə keçsə də Qarabağ daşnakların nəzarətində qalıb. Qafqaz İslam Ordusunun bir hissəsi regiona göndərilib, Nuru Paşa isə yerlərdə hissələrə rəhbərlik etmək üçün Ağdama gedib. Tezliklə onun rəhbərlik etdiyi ordu Şuşaya daxil olub və Azərbaycan bayrağını şəhərin üzərində qaldırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun