Türkiyənin keçmiş baş naziri Ahmet Davudoğlu sentyabrın 13-də Ankaradakı ofisində təşkil etdiyi mətbuat konfransında iqtidar partiyasından istefa etdiyini bildirib.
AKP rəhbərliyi Davudoğlu ilə birlikdə olan üç keçmiş millət vəkilinin də partiyadan çıxarılmasını tələb edirdi.
Davudoğlu jurnalsitlərin suallarına cavab verərkən AKP-dən istefasının səbəbini belə izah edib:
"AKP millətimizə böyük xidmətlər verib. Ancaq son illərdə AKP millətin könlündə taxt qurmasına səbəb olan fəaliyyətlərdən, prinsiplərindən uzaqlaşıb".
Davutoğlu partiya sədrlərindən biri olaraq bir gün partiyadan qovulmaq halı ilə üz-üzə qalacağını ağlına belə gətirə bilmədiyini deyib. O, partiyadan tənqidlərə görə çıxarılmaq istənildiyini də dilə gətirib.
"Baş nazirlikdən uzaqlaşdıqdan sonra AKP-dəki axsaqlıqları şifahi və yazılı şəkildə ən yuxarı səviyyəyə çatacaq şəkildə tənqid etmişəm" - deyə Davutoğlu bildirib.
Tənqid və təkliflərinə heç bir qarşılıq gəlmədiyini bildirən Davutoğlu buna baxmayaraq partiya içərisindəki problemləri heç bir zaman ictimailəşdirmədiyini də dilə gətirib.
Keçmiş baş nazir aprel ayının 22-dən etibarən ictimaiyyətə üz tutub partiyanı tənqid etməsini partiyanın seçkilərdə həm ittifaqda olduğu, həm də rəqibi olan partiyalara qarşı səs itirməsi ilə əlaqələndirib.
Davudoğlu həmçinin indi AKP seçicilərinin dərin ruh düşkünlüyü içində olduğunu da deyib.