Zelenski yeni qanun qəbul edir: "Rüşvəti xəbərləyənə pulun 10 faizi veriləcək"

Zelenski yeni qanun qəbul edir: "Rüşvəti xəbərləyənə pulun 10 faizi veriləcək"
23 Avqust 2019
Mətni dəyiş

Ukrayna höküməti korrupsiya və rüşvətxorluqla mübarizə aparmaq üçün yeni metodlardan istifadə etməyə qərar verib.

Belə ki, bu günlərdə prezident Vladimir Zelenskinin administrasiyası vergidən yayınanlar və rüşvət alanlarla bağlı xəbərçilik qurumu yaratmağa qərar verib.

Xəbərçilərə aşkarladıqları vergidən yayındırılan, büdcədən oğurlanan yaxud rüşvət verilən pulların miqdarının 10 faizi qədər mükafat veriləcək.

Bu haqda Ukrayna prezidentinin saytında məlumat verilib.

Vladimir Zelenski bu haqda hazırlanmış qanun layihəsinin Ali Radada müzakirə olunmasını hədəfləyib.

Qanun layihəsini görə dövlətin vəsaitlərini oğurlayanlar yaxud rüşvət alanlar haqda məlumatları hökümətə təqdim edənlər məbləğin 10 faizi miqdarında mükafat alacaq.

Bu haqda prezident dəftərxanasının rəhbərinin katibi Ruslan Ryaboşapka verib. O deyib ki, bu qanun layihəsini beynəlxalq ekspertlər və Ukrayna ictimai təşkilatlarının üzvləri ilə müzakirə ediblər.

"Əsas hədəf korrupsiya cinayətlərini xəbər verməyin mexanizmini mükəmməlləşdirmək və belə məlumatları verən şəxsləri qorumaqdır. Daha bir məsələ isə həmin insanlarda motivasiya yaratmaqdır".

Ryaboşapka həmçinin əlavə edib ki, xəbərçilərin qorxmağına əsas yoxdur, çünki hakimiyyət onların təqiblərdən qorunmasına zəmanət verəcək.

Rüşvət və vergidənyayınma hallarının xəbərlənməsinə görə qanun layihəsinin hazırlanması ideyası Zelenskinin komandasında hələ parlament seçkilərinə az qalmış yaranmışdı.

O zamanlar Zelenskinin partiyası olan "Xalqın xidmətçisi" Ukraynanın müxtəlif yerlərində: "Korrupsioneri təhvil ver - 10 faizini al" kimi reklam şitləri vurmuşdu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun