Avqustun 10-da yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 17 km cənub-qərbdə Zaqatala ərazisində təkanlar qeydə alınıb.
Məlumatı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi yayıb.
Məlumata görə, dərinliyi 2 km olan episentrdə zəlzələ 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.
Zəlzələnin dağıntılara səbəb olması barədə hələ məlumat yoxdur.
Bu bölgədə müntəzəm olaraq güclü zəlzələlər qeydə alınır. 2012-ci ildə bu zonada 5.5 bal gücündə zəlzələ baş verib.
Zəlzələ nəticəsində Balakən, Zaqatala və Şəki rayonlarında mindən çox yaşayış və təsərrüfat obyektini dağıdıb və ya ziyan vurub.