Avqustun 15-dən Naxçıvan Muxtar Respublikasından Türkiyəyə uçuş üçün yeni hava dəhlizi açılıb.
Bu qərarı Beynəlxalq Mülki Aviasiya Təşkilatı qəbul edib. Bundan sonra Türkiyəyə uçuşlar bu dəhliz vasitəsilə həyata keçiriləcək.
Əvvəllər Türkiyəyə reyslər İranın hava məkanından keçirdi. İndi uçuş müddəti və xərcləri azalacaq. Dəhliz Naxçıvanı Türkiyə ilə birləşdirən dar zolaq üzərindən keçir.
Hazırda Naxçıvandan Türkiyənin müxtəlif şəhərlərinə bir neçə reys həyata keçirilir.