Ukrayna prezidenti Vladimir Zelenski və hakim "Xalq xidmətçisi" partiyası avqustun 29-da ölkənin müstəqilik tarixində ən gənc və az təcrübəli hökumətini formalaşdırıblar.
Ukrayna mətbuatının məlumatına görə, yeni hökumətə 35 yaşlı Aleksey Honçaruk başçılıq edəcək. O, müstəqillikdən sonra Ukrayna tarixində ölkənin ən gənc baş naziri kimi də tarixə düşüb.
Yeni hökumətdə prezidentin dostları, keçmiş biznes ortaqları, texnokratlar, vətəndaş cəmiyyəti fəalları və əvvəlki administrasiyadan iki nəfər də təmsil olunmaq haqqı qazanıb.
Yeni nazirlər kabineti üzvlərinin orta yaşı 40-dır. Onlardan 12 nəfəri kişi, 6 nəfər isə qadındır.
Məlumata görə, ölkənin xarici siyasətinə NATO-da keçmiş səfir olan 49 yaşlı Vadim Pristayko başçılıq edəcək.
[caption id="attachment_81555" align="aligncenter" width="1260"] Ukraynanın yeni baş naziri Aleksey Honçaruk[/caption]Prezident administrasiyası rəhbərinin müavini Ruslan Ryaboşapka isə baş prokuror təyin olunub. Yeni kabinetdə müdafiə naziri postunu isə 44 yaşlı Andrey Zaxorodnuk tutacaq.
Ukraynanın ən gənc prezidenti olan Zelenskinin keçmiş biznes ortağı, 45 yaşlı Ivan Bakanov SBU təhlükəsizlik xidmətinin yeni rəhbəri elan olunub.
Rəqəmsal transformasiya nazirinin müavini Mixaylo Federovun 28, baş nazirin Avropa və Avro-Atlantik İnteqrasiya üzrə müavini Dmitri Kulebanın 38, təhsil naziri Hnna Novosadın 29 yaşı var.
55 yaşlı Arsen Avakov daxili işlər naziri, 42 yaşlı Oksana Markarova isə maliyyə naziri postlarında qalıblar.
Zelenskinin “Xalqın qulluqçusu” partiyası ötən ay keçirilən parlament seçkisində 450 yerlik parlamentdə 254 yeri qazanıb.