Avqustun 14-də İstanbul UEFA Super Kubokunun finalına ev sahibliyi edəcək. İdman oyunu məşhur Vodofone Park Stadionunda baş tutacaq.
Bu dəfəki UEFA Super Kubokunun final oyunu futbol tarixində yeni bir əlamətdar halla yadda qalacaq. Belə ki, UEFA ilk dəfə bu müsabiqə üçün meydana qadın hakim çıxaraq. Bu futbol tarixində ilk dəfə baş verəcək.
UEFA-dan verilən açıqlamaya görə, İstanbulda keçiriləcək final oyunda orta hakimi fransız Stefaniya Frappart olacaq. 35 yaşlı qadın hakim Frappartın köməkçisi də qadın hakim fransız Manuela Nikolosidir. Oyunda digər iki hakim isə kişi olacaq.
UEFA-nın rəhbəri Aleksandr Ceferin bəyan edib ki, hər fürsətdə qadınların futboldakı potensiyalının limitsiz olduğunu deyib və final oyunu üçün hakim seçimləri vaxtı, qadın hakimlərin seçilməsindən xeyli məmnun olub.
Frappart bundan öncə Fransa Futbol Federasiyası tərəfindən Fransa Kişi Futbolçuların ikinci liqasındaki oyunlarda da çalışıb. O, 2019-cu ildə Ameins - Strazburq oyununda da orta hakim kimi sahəyə çıxıb.