Türkiyə internet televiziyalarına senzura qanunu qəbul edib

Türkiyə internet televiziyalarına senzura qanunu qəbul edib
2 Avqust 2019
Mətni dəyiş
Türkiyə höküməti Radyo və Televiziyalara Nəzarət Qurumuna internetdə yayımlanan televiziyaları nəzarətdə saxlamaq səlahiyyətləri verib. Bu haqda bir neçə gün öncə Türkiyənin rəsmi qəzetləri xəbər verib. Türk müxalif qəzeti "Cumhuriyət" hökümətin bu qanununu internet mediasına senzura cəhdi adlandırıb. Hökümətin qərarına görə internetdə azad şəkildə medya xidməti göstərmək istəyən televiziyalar Radiyo və Televiziyalara Nəzarət Qurumundan lisenziya və yayın icazəsi almalıdır. Bundan əlavə həmçinin dünyaca məşhur Netflix, BluTv, puhutv kimi internet televiziyaları da Türkiyədə yayınla məşğul ola bilmək üçün lisenziya və yayın icazəsi almalıdırlar. Belə icazəni almaq üçün internet televiziyaları Türkiyə Ticarət Qanununa görə bu ölkədə şirkət qurmalıdırlar. Yeni düzəlişlərdən sonra artıq Radyo və Televiziyalara Nəzarət Qurumu Türkiyə qanunlarına görə internet televiziyalarını cəzalandıra və qapada biləcəklər. Həmçinin yayın üçün icazə almadan fəaliyyət göstərən internet televiziyası qurumları da Türkiyə ərazisində qapadıla biləcək. Bundan sonra Türkiyədə internet üzərindən radiyo yayını etmək istəyənlər 10 min türk lirası, televiziya yayını etmək istəyənlər isə 100 min türk lirası lisenziya haqqı ödəməlidirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun