Son on ildə Rusiyada televiziyalara inanan vətəndaşların sayı kəskin azalıb.
Bu haqda "Levada-center" sorğu mərkəzi məlumat yayıb. Məlumata görə, televiziyaya inanan rusların sayı 80 faizdən 55 faizə enib.
Bununla belə, rəyi soruşulanların 72 faizi ölkə gündəmi ilə bağlı son xəbərləri televiziyadan öyrəndiklərini deyiblər. Son on ildə bu rəqəm isə 22 faiz azalıb.
Rusların 33 faizi isə məlumatları sosial şəbəkələr və onlayn mediadan aldıqlarını deyiblər.
Bundan əlavə rusların 7 faizi məlumatları tamamilə yeni xəbər mənbəyi olan videobloqlardan alırmış.