2 Avqust 2019
Mətni dəyiş
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman tərəfindən imzalanan yeni fərman bir çox mədəni və sosyal sahələrdə qadın və kişi bərabərliyini təmin etməyi hədəfləyir. Bundan əlavə yeni fərmana görə artıq 21 yaşı tamam olan qadınlara pasport da veriləcək.
Bundan əvvəl isə qadınlar ancaq həyat yoldaşı ya da atası və qardaşı olan kişilərin icazəsi ilə maşın sürə, pasport ala bilərdi. Bu haqda BBC radiosu xəbər yayıb.
Yeni fərmana görə qadın həmçinin uşaqlarına doğum haqda şəhadətnamə alma, evlənmə və boşanma hüquqları əldə edir. Fərman qadınların iş həyatına sərbəst daxil olmağına da imkanlar yaradır.
Fərmanda deilir ki, bütün vətəndaşlar cinsiyət, fiziki qüsurlu və ya yaş ayırımı edilmədən iş həyatına girə bilərlər.
Qeyd edək ki, vəliəhd şahzadə Salman 2016-cı ildə qadınların iş həyatına inteqrasiyası üçün proqram hazırlandığını bəyan etmişdi. Ancaq Salmanın adının 2018-ci ildə İstanbuldakı Səudiyyə Ərəbistanı Konsulluğunda səudiyyəli jurnalist Camal Qaşıqçının ölümündə hallanması planlanan islahatları yarımçıq qoymuşdu.
BMT-nin Qaşıqçı cinayəti ilə bağlı hazırladığı hesabatda Səudiyyə Ərəbistanı cinayətdə günahkar olan ilkin tərəf kimi tanınıb.