Rusiyada rəsmi qurumlar avqustun 8-də ölkənin şimalında, hərbi hissədə baş vermiş partlayışın ardınca ərazidə radioaktiv maddələrin yayıldığını bəyan edib.
"İnterfaks" xəbər agentliyinin məlumatına görə, dövlət meteorologiya təşkilatının hesabatına görə partlayışdan sonra havada Stronsiyum, Bariyum və Lantan maddələri oraya çıxıb.
Rusiya Müdafiə Nazirliyi isə hərbi hissədə baş vermiş parlayışdan sonra heç bir zərərli maddənin yayılmadığını bəyan etmişdi.
Rusiyanın şimalındakı Sverdlovski şəhərində isə dövlət rəsmiləri radioaktivliyin qısa müddətlik yüksəldiyini bəyan edib. Partlayışın baş verdiyi gün radioaktiv şüalanma 4-16 dəfə yüksəlib.
[caption id="attachment_81383" align="aligncenter" width="940"] Rusiyanın şimalında partlayışın baş verdiyi hərbi hissə.[/caption]Dövlət rəsmiləri həmçinin partlayışın baş verdiyi Nyonoksa kəndinin əhalisinə evlərindən uzaqlaşmağı tövsiyyə etmiş və buna görə hərbi tədbirlər də görülmüşdü.
Norveçli rəsmilər isə avqustun 8-də həmin bölgədə bir yox, iki partlayışın baş verdiyini iddia edib.
ABŞ Müdafiə Nazirliyinə yaxın qaynaqların yaydığı məlumata görə isə bu əsrarəngiz partlayışın səbəbi Rusiyanın yaratdığı yeni hipersonik uzunmənzilli raketlərlə bağlı olub.
Bu raketlər indi Rusiyada olanlardan daha sürətli vəziyyətə gətirildiyi üçün onları Amerika raketdən müdafiə sistemləri təsbit edə bilməyəcəyi deyilir.
Qeyd edək ki, rus rəsmiləri avqustun 8-də baş vermiş partlayışda 5 nəfərin öldüyünü, üç nəfərin isə yaralandığını bəyan etmişdi.