Rusiya Azərbaycan hökümətini tənqid edən video-bloqqeri deportasiya edir

Rusiya Azərbaycan hökümətini tənqid edən video-bloqqeri deportasiya edir
27 Avqust 2019
Mətni dəyiş

Rusiya hakimiyyəti azərbaycanlı video-bloqqer Elvin İsayevi həbs edib Azərbaycana deportasiya etməyə hazırlaşır. Onun Azərbaycan hakimiyyətini tənqid edən videolarına youtubedə minlərlə adam baxır.

İsayevin avqustun 26-da həbsini Rusiya mediasına onun vəkili bildirib. O, Peterburqda öz evinin yaxınlığında həbs olunub.

Vəkilinin sözlərinə gözə 29 yaşlı bloqqer Rusiya Federeasiyası Cinayət Məcəlləsinin 18.8-ci maddəsi ilə ittiham olunub. Belə ki, Elvin İsayev xarici vətəndaş kimi RF-də qalma qaydalarını pozub.

Bu haqda onu deportasiya gözləyir.  Ancaq müdafiəçisinin sözlərinə görə uzun illərdir Peterburqda yaşayan İsayevin 2014-cü ilin 22 aprelindən bəri rus pasportu var.

Onun  həyat yoldaşı da Peterburqludur və iki oğlu burda anadan olub. Vəkilinin sözlərinə görə rus höküməti qeyri-qanuni olaraq onun sənədlərini ləğv edib.

Elvin İsayevin müdafiəçi üçün diaspora nümayəndələri avqustun 25-də bloqqerin saxlandığı Peterburqdakı 78-ci polis bölməsinin önünə toplaşıblar.

Hüquq müdafiəçilərinin sözlərinə görə, diaspora nümayəndələrinin səs-küyü üzündən polis toplaşanları qısa müddətlik həbs edərək barmaq izlərini götürüb.

Elvin İsayevin yaxınları onun həbsi və deportasiyasına hazırlıq görülməsini onun internetdə ictimai fəaliyyəti ilə əlaqələndiriblər.

O, internetdə Qafqaz respublikalarının, həmçinin, Azərbaycanın hakimiyyətini, deputatlarını və məmurlarını, siyasi fiqurları kəskin tənqid edən, barələrində ağır ifadələr işlədilən videolar çəkib.

Həmçinin, Elvin İsayevin Qurban Məmmədovun mühacirətdə yaratdığı AzerFreddomTV kanalının da jurnalisti olduğu bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun