Ramzan Kadırov Şamili təndiq etdi, Həbib Nurmaqomedov cavab verdi

Ramzan Kadırov Şamili təndiq etdi, Həbib Nurmaqomedov cavab verdi
8 Avqust 2019
Mətni dəyiş

Avqustun 7-də Çeçenistan prezidenti Ramzan Kadırov "Çeçenistan bu gün" qəzetinə müsahibə verib. O, müsahibəsində Qafqazda dağ xalqlarının azadlığı uğrunda döyüşmüş Şeyx Şamili tənqid edib.

Kadırov deyib ki, Şeyx Şamil öz ölkəsinə qarşı üsyan edib, onun üzündən uşaqlar, qocalar və qadınlar ölüb, o, Çeçenistanda aclıq və qıtlığın səbəbkarı olub. Kadırov müsahibəsində Şamilin Çeçenistan tarixində ancaq mənfi izlərinin olduğunu dilə gətirib.

Kadırovun bu bəyanatı Qafqaz dağlılarından olan bir çox məşhurun hiddədinə səbəb olub. Ramzan Kadırova ilk cavab verənlərdən biri qarışıq stildə döyüşçü və dünya çempionu dağıstanlı Həbib Nurmaqomedov olub.

Nurmaqamedov öz instaqram səhifəsində Şamilin cəsarətini xatırladaq, döyüşlərdə aldığı onlaca ölümcül yaraya baxmayaraq yenə də mübarizəsini davam etdirməyindən danışıb.

"Allaha and olsun ki, bəzən mən imam Şamilə azca da oxşaya bilməməyimdən utanıram" - deyə idmançı yazıb.

Nurmaqomedovun fikirlərinə Qafqaz mənşəli məşhur idmançılar Zabit Maqomedşaripov, Maqomet İsmayılovİslam Maxaçev də dəstək veriblər.

Dağıstan Respublikasının müftiliyi də Kadırovun fikrini tamamilə tarixə hörmətsizlik adlandırıb.

Xatırlatma

Şamil 1834-1859-cu illər arasında Dağıstanın üçüncü imamı olub. O, 1840-cı ildən başlayaraq Qərbi Dağıstanın və Çeçenistanın dağlılarını birləşdirərək özünü həm də Çeçenistanın imamı elan edib və Çar Rusiyasının işğal siyasətinə qarşı silahlı mübarizə aparıb.

O, 1859-cu ilə qədər Çar ordusuna qarşı müharibə apararaq uğurlu qələbələr qazanıb. Sonuncu döyüşü, Dağıstanın Qunib kəndi yaxınlığında isə əsir düşüb. Şamil hələ də Şimali Qafqaz xalqlarının milli qəhramanı sayılır.

Şeyx Şamil ruslarla amansız düşmənçilik etsə də sülh vəziyyətində düşmənlərinə mərhəmət və dostluq da göstərirmiş. Beləki, o imperator II Aleksandrla çarın öz dəvətiylə üç dəfə görüşmüşdü.

Hətta bu görüşlərdən biri çarın qızının toyuna dəvət zamanı baş tutub. 1869-cu ildə çat Şamilə Məkkəyə həccə getməyə icazə verir.

Şamil Mədinə şəhərində xəstəlikdən dünyasını dəyişir və elə orda əl-Baki qəbirsanlığında dəfn edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun