Qırğızıstanda eks prezidenti tutmaq üçün iqamətgahına hücum olunub

Qırğızıstanda eks prezidenti tutmaq üçün iqamətgahına hücum olunub
8 Avqust 2019
Mətni dəyiş

Qırğızıstanda 2017-ci ildə hakimiyyətdən getmiş eks-prezident Almazbek Atambayevə qarşı parlament təhqiqatı aparılır. Təhqiqatın nəticəsi üç ay içərisində Baş Prokurorluğa veriləcək və keçmiş prezidentə cinayət işi qaldırılacaq.

Keçən ilin iyununda isə deputatlar Atambayevin toxunulmazlığını ləğv etmişdilər. Ona doqquz maddədən ibarət cinayət işi qaldırılıb.

Eks-prezident mütəşəkkil cinayətkar dəstəyə silah verməkdə, öz gəlirlərini az göstərməkdə və korrupsiyada ittiham edilir.

Atambayevin günahı sübuta yetirilərsə onu ömürlük həbs gözləyir. Siyasətçi özü isə ona qarşı ittihamları absurd adlandırıb, xalq və dövlət qarşısında təmiz olduğunu deyib.

Dünən isə Qırğızıstan Xüsusi Təyinatlı Qüvvələri Almazbek Atambayevin Koy-Taş kəndində yerləşən iqamətgahına basqın edərək onu ələ keçirməyə çalışıblar.

Qarşıdurma nəticəsində bir nəfər həlak olub. Eks-prezident onun həbs olunması cəhdinin qanunsuz olduğunu deyib. O, hakimiyyəti qanunsuz hərəkətlərə son qoymağa və dayanmağa çağırıb, deyib ki, əks halda bunun axırı pis qurtaracaq.

[caption id="attachment_80783" align="aligncenter" width="700"] Eks prezident Almazbek Atamabayevin iqamətgahı Xüsusi Təyinatlıların mühasirəsində.[/caption]

Atambayevin tərəfdarları onun iqamətgahına hücum edən xüsusi təyinatlılardan altısını girov götürüblər və əməliyyatın dayandırılacağı halda onları buraxa biləcəklərini deyirlər.

Yerli sakinlər habelə kəndə elektrik enerjisinin verilməsinin bərpa edilməsini, telefon və internet rabitəsinin bərpasını tələb edirlər.

Lakin girovların azad edilməsinə dair danışıqlar nəticəsiz qalıb, bununla belə xüsusi təyinatlılar Koy-Taş kəndinin ərazisini tərk ediblər.

Məlumatlara görə güc strukturları Atambayevi tutmaq üçün ikinci əməliyyata hazırlaşır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun