Qırğızıstan höküməti indi də Atambayevi dövlət çevrilişində ittiham edir

Qırğızıstan höküməti indi də Atambayevi dövlət çevrilişində ittiham edir
13 Avqust 2019
Mətni dəyiş

Qırğızıstanda rüşvət və vəzifə səlahiyyətlərini aşma ittihamı ilə həbs olunan keçmiş prezident Almazbek Atambayev dövlət çevrilişi hazırlamaqda ittiham olunur.

Bu haqda Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Orozbek Opumbayev AFP xəbər agentliyinə verdiyi müsahibədə bildirib. O deyib ki, Atambayevin məqsədi dövlət çevrilişi idi.

Keçmiş prezident Atambayev keçən həftə evinə təhlükəsizlik güclərinin tərəfindən basqın edilərək həbs olunmuşdu, onun evinə hücum zamanı yaşadığı kəndin camaatı və tərəfdarları müqavimət göstərmiş, nəticədə bir nəfər təhlükəsizlik əməkdaşı həyatını itirmişdi.

Qırğızıstanın indiki prezidenti Sooronbay Jeenbekov isə hökümətdən hüququn üstünlüyünü təmin etmək üçün təcili qərarlar qəbul etməyi istəyib.

Almazbek Atambayev prezidentliyi dövründə mafya lideri çeçen əsilli Əziz Batukayevin qanunazidd olaraq həbsdən azad olunmasına kömək etməyinə görə də ittiham olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun