Qəbələdə bir kəntdə 89 nəfərin zəhərlənməsi ilə bağlı cinayət işi açılıb

Qəbələdə bir kəntdə 89 nəfərin zəhərlənməsi ilə bağlı cinayət işi açılıb
6 Avqust 2019
Mətni dəyiş

Qəbələ rayonunun Zərgərli kəndində yerli sakin Həsən Əsgərovun toy mərasimi zamanı kütləvi zəhərlənmə baş verib.

Məlumata görə, 500 qonaqdan 89-u, o cümlədən 8 həddi-buluğa çatmamış vətəndaş zəhərlənib.

Rayon polis şöbəsi və prokurorluq orqanlarının əməkdaşları Qida Təhlükəsizliyi Agentliyinin regional şöbəsinin nümayəndələri ilə birlikdə hadisə yerinə baxış keçiriblər, yoxlama üçün qida nümunələri götürüblər.

Faktla bağlı CM-in 200.3 (qəsdən keyfiyyətsiz məhsulların istehsalı, satışı, onların keyfiyyətinin pis olmasının gizlədilməsi, ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır ziyan vurulmasına səbəb olduqda) və 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi açılıb, ekspertizalar təyin edilib.

İlkin araşdırmaya əsasən, qonaqların vəziyyəti müxtəlif növ qida və içki qəbulundan sonra pisləşib. Onlar dərhal rayon xəstəxanasına və diaqnostika mərkəzinə çatdırılıb. 88 nəfər tibbi yardım göstərildikdən sonra evə buraxılıb, bir nəfər xəstəxanada saxlanılıb.

Təqsirkarların müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi üzrə tədbirlər görülür, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin məlumatında deyilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun