Özbəkistan Prezidenti Şavkat Mirziyoyev yerli və xarici blogerlərlə görüş keçirib. Bu formatda görüş Özbəkistan tarixində ilkdir.
Bu haqda özbək qəzeti "Gazeta.uz" xəbər verib. Mirziyayev görüşdə deyib ki, son illər Özbəkistan dünyaya açılır və həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq istəyir.
"Ən əsası odur ki, bizi müzakirə etmək və tənqid etmək də olar".
O bloqqerlərə deyib ki, ölkədəki islahatları, mədəni irəliləyişləri və Özbəkistanın tarixi irsini beynəlxalq səviyyədə təbliğ etmək lazımdır.
Prezident get-gedə ölkənin açılması siyasətinin daha da sürətli aparılacağını da vəd edib.
Məlumatda bildirilir ki, ölkə prezidenti blogerlərlə səmimi söhbət edib və onlarla şəkil çəkdirib.