Müsəlman dünyasının fərqli bölgələrində illərcə antiterror əməliyyat aparan ABŞ-ın və Fələstin torpaqlarının zəbt edilməsinə görə İsrailin müsəlman dünyasında sevilməyən ölkələr elan edilməsindən sonra, indi də müsəlman dünyası üçün yeni düşmən ortaya çıxıb. Bu Çindir.
Çin Xalq Respublikası hal-hazırda əvvəllər Şərqi Türkistan adlandırılan ərazidə yaşayan müsəlman xalqlara gerçək bir zülm yaşatmaqdadır. Belə ki, Çinin Sintzyan Uyğur Vilayətindəki əsasən uyğurlardan ibarət olan xalq əsl təzyiqlər altında qalıb.
Ərazidə yaşayan müsəlmanlar arasından seçilmiş bir milyon insan zorla dini radikalizmlə mübarizə adıyla yenidən tərbiyələndirmə mərkəzlərində həbsə salınıblar. Burada müsəlmanlar üçün kommunist təbliğat aparılır və islami inancın təməllərini sarsıdan kurslar keçirilir.
Uyğur vilayətində azadlıqda olan uyğurlar isə hicab taxmağa, uzun saqqal saxlamağa, Quran oxumağa görə bəzən məhkəmələrə çıxardılıb cərimələnə bilirlər. Bundan əlavə bütün Uyğur vilayəti boyu üz tanıma, pasport DNK nümunələrindən toplanan məlumatlar saxlanılır.
Uyğur müsəlmanlarının bundan öncə Tibetdə olduğu kimi sürətlə dinlərinin və siyasi həyatlarının çinliləşdirilməyə çalışılır. Bu haqda Stzyan uyğur vilayətinin katibi
Çen Quanquo öz çıxışında etiraf edib.
İyun ayında BMT-nin üzvü olan 22 ölkə Çinin uyğurlara qarşı zorakı siyasəti monitorinq etmək üçün bu ölkəyə BMT izləyicilərini buraxmağa, həmçinin Çini insan haqqlarına hörmətlə yanaşmağa çağıran bir məktub yollamışdı. Məktubu imzalayan ölkələr əsasən Avropa ölkələri və ABŞ olsa da, bircə müsəlman ölkə də məktuba imza atmamışdı.
[caption id="attachment_80523" align="aligncenter" width="446"]
Çini uyğur türklərinə təzyiqi dayandırmağa çağıran məktubu imzalayan 22 ölkə arasında heç müsəlman ölkə yoxdur.[/caption]
Çinin uyğurlara qarşı zorakı və cinayətkarlıq dolu siyasəti fonunda müsəlman siyasətçilərinin utanverici səssizliyi bütün dünya tərəfindən təəccüblə izlənilir. Dünya iqtisadi ekspertlərinin çoxu bunu qloballaşan dünyada var-dövlətin insan haqları üzərində necə hakim kəsildiyinə nümunə kimi göstərirlər.
Çinin ambisiyalı “One Belt, One Road” adlı layihəsi bütün dünyanı əhatə edən görünməmiş bir iqtisadi böyüməyə aparıb çıxarıb. Bir çox analitik bunu tək qütblü dünyadan çox qütblü dünyaya keçid kimi qiymətləndirib.
Çinin Avrasiya boyu ölkələri ticarət, telekommunikasiya və struktur quruculuğu işinə inteqrasiya etmək planı bir çox müsəlman ölkənin dəstəyini alıb. Bəzi orta şərq ölkələri Çinin də yaranmasında iştirak etdiyi Körfəz Əməkdaşlıq Şurası təşkilatını öz ölkələrində yenidənqurma və iqtisadi böyümə işlərində çox cazib sayırlar.
Çinin Orta Şərqə və Cənubi Asiyaya inteqrasiya etmək üçün həddən artıq ucuz qiymətə başa gələn ticarət imkanları təklif etməsi, bundan əlavə militarizasilaşma fəaliyyəti müsəlman dövlətlərini qlobal gündəmdə hakim olmağa can atmaq üçün Çinlə yaxından əməkdaşlığa sürükləyib. Bu halın özü də qloballaşan kapitalizm dönəmində dünyada insan hüquqlarının nə qədər asanlıqla gözardı edilə biləcəyini əyani göstərir.
Çin keçən aylarda Yunnan əyalərində olan bir məsciddən xalqı zorla çıxarıb, etnik azlıq olan Hui müsəlmanlarına qarşı təzyiqlər göstərdiyi dünya boyu təsdiqlənəndən sonra belə, Körfəz Əməkdaşlıq Şurasına daxil olan müsəlman ərəb dövlətləri ilə Çin arasında enerji, istehsalat və maliyyə sahələrində görülən işlərin bir damcı da azalmaması əslində ticari əlaqələrin din və insan haqqlarından qat-qat önəmli olduğunu göstərdi.
[caption id="attachment_79852" align="aligncenter" width="765"]
Uyğurların saxlanıldıqları kütləvi düşərgələrdən biri[/caption]
Təkcə Pakistanın Xarici İşlər Nazirliyinin sözçüsünün Çinin öz ərazisindəki müsəlmanlara qarşı cinayətlərini təmizə çıxararaq bu işlərdə Çini dəstəklədiklərini deməsi beynəlxalq bazar əlaqələrinin nə qədər önəmli olduğunu göstərdi.
Bəzi müsəlman liderlər uyğur müsəlmanlarına qarşı çin zülmü haqda narahatçılıqlarını bildirsələr də əksər liderlər bu məsələ ilə bağlı sadəcə səssiz qalırlar. Əgər susqunluğa birinci səbəb iqtisadi faktorlardırsa, ikinci səbəb də müsəlman ölkələrinin əksəriyyətində eynilə Çindəki kimi avtoritar hökümətlərin iqtidarda olmasıdır. Hər ikisi xalqını daim izləyən, təqib edən və siyasi basqılarla nəzarətdə saxlamağa çalışan “qardaş” idarəetmə formalarıdır.
Çinin Ora Şərq və Cənubi Asiyada görünməmiş miqyasda ticari genişləmə siyasəti və investisiyaları ilə Pekinin müsəlman ölkələri ilə əməkdaşlığı daha da genişləndirəcəyi anlamına gəlir. Bu həm də o deməkdir ki, əksər müsəlman ölkələri eynilə çin metoduyla dinc müxalifəti terrorçu şübhəsiylə təzyiqlərə məruz qoymaq üçün çindən mütəmadi texnologiya və doktrinalar idxal edəcək.
Çinin inanclı insanların yarada biləcəyi təhdidi həddən artıq şişirtməsi halı müsəlman olan əksər keçmiş sovet ölkələrinə də aiddir. İstər Özbəkistan, istər Azərbaycan, istər Tacikistan, istərsə də Türkmənistan və Qazaxıstan olsun, biz daim terrorla heç bir əlaqəsi olmayacaq adi vətəndaşların sırf hökümətin təzyiq siyasətinə etiraz etdiyi üçün dindar terrorçu kimi qəbul olunub, həbslə, ölümlə üzləşdiyini görürük.
Müsəlman hökümətlər Çinin öz müsəlman etniklərinə qarşı zorbalığını qınamamaları və diplomatik münasibətlərə yenidən baxmamaları bir yana, Çin-müsəlman münasibətlərinin xüsusilə də ərəb yarmadasında getdikcə sıxlaşmasını görürük. Bu cür sıx münasibətlər müsəlman liderlərin sırf öz xalqına qarşı Çinin düşünüb inkişaf etdirdiyi zərərli metodları da istifadə etməyə başlamasına gətirib çıxarır.
[caption id="attachment_79047" align="aligncenter" width="817"]
Uyğur yazar Nurməhəmməd Tohti Çinin uyğurları həbs etdiyi düşərgələrindən birində saxalnılıb və düşərgədə həyatını itirib.[/caption]
Çinin xarici siyasətdə təcavüzkar olmamasına baxmayaraq, iqtisadi məqsədlərinə görə müsəlman ölkələrə təzyiqləri və susdurmağa çalışması artıq müsəlman terrorçu qrupları da işə keçirib. Belə ki, bu il Çinin Hindistanın Karaçi şəhərindəki Konsulluğuna olan terror hücumu əslində çin-müsəlman münasibətlərinin nə qədər gərginləşdiyini və gələcəkdə bu terror hücumlarının arta biləcəyi narahatçılığını da göstərir.
Aydın görünür ki, müsəlman liderlər Çini öz müsəlman vətəndaşlarına zor gücü istifadə etməkdən çəkindirməsə bu cür hücumlar arta bilər. Çin-Pakistan, Çin-Əfqanıstan iqtisadi dəhlizi genişləndikcə bu ərazilərdəki çinliləşdirmə siyasətinə qarşı İŞİD və Taliban kimi terrorçu qrupların yenidən fəallaşması təhdidini doğurur.
Abzas.net analitika qrupu