Naxçıvanda erməni snayperi Azərbaycan əsgərini vurub

Naxçıvanda erməni snayperi Azərbaycan əsgərini vurub
16 Avqust 2019
Mətni dəyiş

Avqustun 15-də Naxçıvan Muxtar Respublikasında milli ordunun əsgəri güllə yarası alıb.

Bu barədə Əlahiddə Ümumqoşun Ordusunun mətbuat xidməti açıqlama yayıb. Məlumata görə, saat 21:30 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində hərbi qulluqçu yaralanıb.

Naxçıvan şəhərindən müddətli həqiqi hərbi xidmətə çağırılmış 2000-ci il təvəllüdlü əsgər Babayev Həsən Adil oğlu Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində mühəndis işləri aparılan zaman düşmən mövqeyindən açılan snayper atəşi nəticəsində sağ bud nahiyəsindən güllə yarası alıb.

Açıqlamada deyilir ki, yaralanmış əsgərə dərhal tibbi yardım göstərilib, həyati təhlükəsi yoxdur.

"Ermənistan Respublikası Naxçıvan istiqamətində məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməyə davam etsə də Əlahiddə Ümumqoşun Ordunun bölmələri dövlət sərhədində əməliyyat şəraitinə tam nəzarət edir".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun