Fransanın cənubundakı Biarritz şəhərində təşkil olunmuş ABŞ, Almaniya, Fransa, Yaponya, İngiltərə, İtalya və Kanada heyətlərindən ibarət "Böyük Yeddilik" G7 zirvəsinin ikinci günü başa çatıb. Liderlər dünən "qeyri-bərabərliklə mübarizə", "beynəlxalq iqtisadiyyat, ticarət və beynəlxalq təhlükəsizlik" mövzusunda müzakiələr aparıblar.
Digər tərəfdən liderlərin ikili görüşmələri ilə də ölkələrin dünya ilə münasibətləri müzakirə olunub. G7-nin maraqla gözlənilən mövzularından biri isə "Brexit"lə bağlı razılaşmaya gələ bilməyən Avropa Birliyi ölkələri və İngiltərənin məsələdə irəliləyiş əldə edib etməyəcəyidir.
Azadlıq Radiosunun məlumatına görə, G7 Zirvə toplantısının ən gözəlnilməz tərəfi isə İranın Xarici İşlər Naziri Cavad Zərifin G7-nin ikinci günündə Biarritz şəhərinə surpriz şəkildə səfərə gəlməsi olub.
Daha öncə İranın G7 görüşlərinə ölkə olaraq qatılmayacağını bəyan etsə də Biarritz hava limanına İran təyyarəsinin enməsi hər kəs üçün gözlənilməz olub. Fransa Prezidenti də Zərifin G7 zirvəsində iştirak etmək üçün Biarritz şəhərinə gəlməsini doğrulayıb.
Zərif özü də bu haqda twitter hesabında bir status yazaraq görüşlərdən şəkillər paylaşıb.
[embed]https://twitter.com/JZarif/status/1165677910323269634[/embed]G7 Zirvəsinə qatılan ABŞ Prezidenti Donald Trump deyib ki, İranın xarici işlər naziri ilə görüş üçün “çox tezdir”.
“Mən İranın həqiqətən yaxşı, güclü olmasını istəyirəm, biz rejim dəyişikliyi istəmirik. Son 20 ildə bunun necə işlədiyini görmüşünüz, bu, çox da yaxşı olmayıb”, – Trump avqustun 25-da G7 sammitinin yekununda deyib.
Trump jurnalistlərə söyləyib ki, Zarif-in gələcəyindən xəbəri vardı və o, İranın nazirini görmək istəməyib.
“Məncə, görüşmək üçün çox tezdir”, – o vurğulayıb.
Zarif avqustun 25-də tvitində yazıb ki, Biarritz-də fransalı həmkarı və Macron ilə “konstruktiv” danışıqlar aparıb.
“Qarşıdakı yol çətindir. Ancaq sınamağa dəyər”, – o yazıb, Almaniya və Britaniya rəsmilərinə birgə brifinq verdiyini sözlərinə əlavə edib.
Fransa prezidentliyi danışıqları “müsbət” adlandırıb, müzakirələrin davam edəcəyini vurğulayıb.
İran Prezidenti Hassan Rohani xarici işlər nazirinin G7 sammitinə getməsini müdafiə edib, deyib ki, böhrandan çıxış yolunu müzakirə etməkdən ötrü istənilən yerə getməyə hazırdır.
“Danışmalıyıq, həll yolu tapmalıyıq, problemi həll etməliyik”, – Rohani avqustun 26-da televiziyayla çıxışında söyləyib.
***
Dünən – avqustun 25-də İranın Xarici işlər naziri G7 qrupunun Fransada keçirilən sammiti çərçivəsində görüşlərə qatılıb. “Reuters” agentliyi bu gözlənilməz addımın ABŞ Prezidenti Donald Trump ilə Qərb müttəfiqlərinin İran da daxil bir sıra məsələlər üzrə fikir ayrılıqlarının mövcud olduğu dönəmə düşməsinə diqqət çəkir.
Ağ evin rəsmisi deyib ki, Fransanın Mohammad Javad Zarif-i sammit çərçivəsində danışıqlara dəvət etməsi “sürpriz” olub.
Zarif fransalı həmkarı ilə Tehranla Vaşinqton arasında gərginliyi azaltmaq şərtlərini müzakirə edib. O, qısamüddətli səfəri zamanı Fransa Prezidenti Emmanuel Macron ilə də görüşüb, amma Ağ ev rəsmisi onun ABŞ-dan heç bir rəsmi ilə görüşmədiyini deyib.